slogan

HAQQIMIZDA

DPP_0020Sürətlə inkişaf edən Azərbaycanda insanların həyat səviyyəsi yüksəldikcə yeni ailə quranların şadlıq saraylarına da tələbi yüksəlməkdədir. Bu tələbi nəzərə alaraq "KARVAN" şadlıq sarayı 2004-cü ildən etibarən fəaliyyətə başlamışdır.

Şadlıq sarayı Premium sinifə daxildir. "KARVAN" şadlıq sarayı daima gözəlləşən paytaxtımızın əlverişli yerində yerləşib, yeni ailə quranlara keyfiyyətli xidmət göstərməkdədir.

Şadlıq sarayı istər texniki, istərsə də bədii-arxitektur baxımından məhdudlaşdırılmayıb. "KARVAN" şadlıq sarayı müştərilərin və onların arzularına uyğun toy mərasimlərini maksimal dərəcədə təşkil edir. Müştərilərimizin istəyini reallaşdırmaq üçün qarşımızda heç bir sərhəd yoxdur. Obyektin müasir və çevik infrastrukturu nəinki toy mərasimlərinin, hətta ad günlərinin, müxtəlif banketlərin, prezentasiyaların və digər tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin edir.

Sanitar normalara tam cavab verən mətbəximiz qonaqlara milli və avropa menyusunu təklif edir. Menyu müştərinin arzusuna uyğun tərtib edilir. Ərzaqlar ciddi nəzarət altında alınır və saxlanılır. Peşəkar aşpaz və kulinarların hazırladığı nemətlər ciddi reqlament əsasında masalara daşınır.

"KARVAN" şadlıq sarayı mütəmadi olaraq xeyriyyə tədbirləri də də təşkil edir. Aktiv ictimai fəaliyyətinə görə şadlıq sarayı dəfələrlə şəhər administrasiyası tərəfindən mükafatlandırılmışdır.

Məqsədimiz insanlara yüksək səviyyədə xidmət göstərərək onların şad günlərini yaddaqalan etməkdir.

Oğul evləndirən, qız köçürən valideynlər, ailə qurmağa hazırlaşan gənclər, əylənmək, istirahət etmək istəyən hər kəsi "KARVAN" şadlıq sarayına dəvət edirik!

Bookmark and Share